Yunan general canlı yayında ağzından qaçırdı: Afinanın “Türkiyə planı” deşifrə oldu
ABŞ prezidenti Donald Trampın Türkiyənin F-35 proqramına qayıda biləcəyinə dair mesajları Yunanıstanda müzakirə olunmağa davam edir.
GunAz.az xəbər verir ki, yerli "Mega News" kanalında çıxış edən Yunanıstan Baş Qərargahının fəxri rəisi Alkiviadis Stefanis məsələ ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Stefanis canlı yayımda ağzından qaçırıb ki, ABŞ ilə aparılan təmaslar nəticəsində Yunanıstan F-35 döyüş təyyarələrini planlaşdırılandan daha tez təhvil ala bilər. Onun sözlərinə görə, bu addım Türkiyə ilə hərbi balans baxımından strateji əhəmiyyət daşıyır.
Stefanis qeyd edib ki, F-35-lər, Fransa istehsalı olan "Rafale" qırıcıları, modernləşdirilmiş “F-16 Viper” təyyarələri və "Belharra" sinifli freqatlar sayəsində Yunanıstanın çəkindiricilik qabiliyyəti artıb və ölkəsi Türkiyə qarşısında daha üstün mövqedədir.
