Keçmiş deputatın meyiti tapıldı - FOTO

Keçmiş deputatın meyiti tapıldı - FOTO
Britaniya parlamentinin keçmiş deputatı 78 yaşlı Enn Viddikombun meyidi tapılıb.
GunAz.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb. Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları artıq onun qətlində şübhəli bilinən şəxsi həbs ediblər.
Bildirilib ki, qadın siyasətçi iyulun 9-da Haytor Veyldəki evində huşsuz vəziyyətdə tapılıb. Onun ölümündə şübhəli bilinən şəxs isə 26 yaşlı kişidir. Caninin hansı motiv əsasında qətl törətməsi hələlik açıqlanmır.
Qeyd edək ki, Viddikomb 1947-ci ildə Somersetin Bat şəhərində anadan olub. O, Birminqem Universitetində latın dili, daha sonra Oksfordda fəlsəfə, politologiya və iqtisadiyyat üzrə təhsil alıb. Siyasətçi mühafizəkar baxışları ilə seçilirdi, aborta, evtanaziyaya və LGBT hüquqlarına qarşı çıxıb. Enn həmçinin ölüm hökmünün bərpasını da dəstəkləyirdi. Viddikomb 1992-ci ildən 1997-ci ilə qədər Con Meycor hökumətində nazir vəzifəsində də çalışıb.
скачать dle 12.1
Geri qayıt