Dünyanın ən bahalı 25 ordusu
2025-ci ildə qlobal hərbi büdcələr 2,6 trilyon dollar təşkil edib və ölkələr orta hesabla ÜDM-nin 2,01%-ni müdafiəyə xərcləyiblər.
Dünyanın aparıcı orduları irəlidə qalmaq üçün hər il yüz milyardlarla dollar xərcləyir.
GunAz.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə "Business Insider" Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun 2025-ci il üzrə hesabatında deyilir.
Məlumata görə, ABŞ dünyanın ən bahalı ordusuna malikdir və müdafiəyə təxminən 1 trilyon dollar xərcləyir. Bu, Çinin elan etdiyi müdafiə büdcəsindən 3,5 dəfə çoxdur.
Qeyd edilib ki, müharibə dövründə xərclərin ÜDM-ə nisbəti adətən artır və bu da öz növbəsində mülki iqtisadiyyata təzyiq göstərir. Məsələn, Ukrayna 2025-ci ildə ÜDM-nin 20%-dən çoxunu hərbi ehtiyaclara ayırıb ki, bu da dünyada ən yüksək göstəricidir. Bu, ona ən bahalı 10 ordu arasında yer qazandırıb.
Ümumillikdə dünyanın ən bahalı ordularına sahib 25 ölkəsi bunlardır:

