Gürcüstanın Telavi rayonunda parlamentin keçmiş deputatı Vasil Davitaşviliyə atəş aşılıb. Deputatın öz evində ona 8 güllə vurulub. Məlumata görə, cinayəti törədənin şəxsiyyəti hələ müəyyən edilməyib. Qeyd edək ki, V. Davitaşvili həmçinin Telavi rayonunun keçmiş bələdiyyə başçısı olub. Hazırda, o, xəstəxanaya yerləşdirilib.