Çində yaşayış binasında yanğın: Ölənlər var
Çinin Henan əyalətinin inzibati mərkəzi olan Çjençjouda yaşayış binasında yanğın baş verib. Nəticədə beş nəfər ölüb, bir nəfər yaralanıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib və onun vəziyyəti stabil olaraq qiymətləndirilir.
GunAz.az-ın xəbərinə görə, bu barədə "Xinhua" nəşri məlumat verir.
Müvafiq qurumlar alovu söndürə biliblər.
Hadisənin səbəbi və baş vermə şəraiti araşdırılır.
