Paşinyan Rusiyaya getdi
Ermənistanın Baş naziri Nikol Paşinyan seçkilərdən bəri ilk dəfə Rusiyaya işgüzar səfərə gedib.
GunAz.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, Paşinyan Rusiyaya səfəri çərçivəsində İNNOPROM-2026 beynəlxalq sənaye sərgisinə qatılacaq və sərgi çərçivəsində keçiriləcək “Sənaye 360” mövzusuna həsr olunmuş plenar iclasda iştirak edəcək:
“Paşinyanla Rusiyanın Baş naziri Mixail Mişustin arasında görüş də planlaşdırılır”.
