Kiyevə kütləvi hava zərbələri - 7 ölü, 24 yaralı var
Rusiya ordusu iyulun 6-na keçən gecədən başlayaraq Kiyev şəhərinə intensiv hava hücumu edib.
GunAz.az xəbər verir ki, bu barədə Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko "Telegram" səhifəsində yazıb.
Onun sözlərinə görə, hava hücumu zamanı Kiyevin Podol və Qoloseyev rayonlarında dağıntılar qeydə alınıb. Kütləvi raket və dron zərbələri nəticəsində əvvəlcə 3 nəfərin həlak olduğu, 10 nəfərin xəsarət aldığı bildirilsə də, daha sonra dağıntılar altından əlavə meyitlərin çıxarılması ilə qurbanların sayı 7 nəfərə çatıb. Yaralananların sayı isə 24 nəfərə yüksəlib.
