Rusiya Ermənistanı sərt tənqid ETDİ

Rusiya Ermənistanı sərt tənqid ETDİ
"Ermənistanın addımları Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində vicdanlı tərəfdaşlıq prinsiplərinə uyğun gəlmir”.
GunAz.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
M. Zaxarova diqqəti Ermənistanın 2025-ci ildə Avropa İttifaqına (Aİ) qoşulma prosesinin başlanmasını qanunvericilik səviyyəsində rəsmiləşdirməsi faktına yönəldib.
Qeyd olunub ki, rəsmi İrəvan Aİ ilə yaxınlaşma kursu elan etsə də, eyni zamanda Aİİ-nin tamhüquqlu üzvü statusunu qoruyub saxlamaq niyyətində olduğunu bəyan etməkdə davam edir.
Rusiya XİN rəsmisi bu davranışı sərt tənqid edib:
“İrəvanın İttifaq çərçivəsindəki fəaliyyəti Avropa blokuna qoşulmaq üçün sadəcə zəmin hazırlamaq məqsədi daşıyan müvəqqəti tədbirdir. Halbuki, Avropanın standartları və qaydaları Aİİ-dən köklü surətdə fərqlənir, üstəlik, bu blok Rusiyaya qarşı düşmənçilik siyasəti yürüdür. Belə bir davranışı Aİİ-yə vicdanlı üzvlük adlandırmaq olmaz”.
Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da mövzu ilə bağlı danışaraq, Ermənistan üçün mövcud alternativlər arasında ən sərfəli inteqrasiya variantının məhz Aİİ olduğunu bildirmişdi. Kreml rəsmisi vurğulamışdı ki, Moskvanın qiymətləndirmələrinə görə, Aİİ-yə üzvlük hər il Ermənistanın Ümumi Daxili Məhsulunun (ÜDM) əhəmiyyətli dərəcədə artmasına birbaşa töhfə verir.
скачать dle 12.1
Geri qayıt