Bu ölkədə təyyarə qəzası baş verdi — Bütün heyət öldü

Bu ölkədə təyyarə qəzası baş verdi — Bütün heyət öldü
Kanadanın Şimal-Qərb Ərazilərində meşə yanğınlarının söndürülməsi əməliyyatını havadan koordinasiya edən xüsusi təyyarə qəzaya uğrayıb.
"Buffalo Airways" şirkətinə məxsus "Turbo Commander 960 Bird Dog 104" tipli təyyarə Fort Simpson şəhərindən təxminən 50 kilometr qərbdə yerə çırpılıb.
Kanada Nəqliyyat Təhlükəsizliyi Bürosu və yerli rəsmilərin yaydığı son məlumata görə, qəza nəticəsində təyyarənin göyərtəsində olan 3 ekipaj üzvünün hamısı həlak olub. Hadisə yerinə gələn xilasedicilər ölüm faktını təsdiqləyiblər.
Sözügedən təyyarə bölgədə ildırım çaxması nəticəsində başlayan meşə yanğınının qarşısını almaq üçün böyük su təyyarələrinə havadan bələdçilik edirmiş. Hazırda hadisənin başvermə səbəbləri ilə bağlı rəsmi araşdırma aparılır.
скачать dle 12.1
Geri qayıt