Xameni ilə vida: 3 günlük tətil və dəfn planı
Tehranda İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə vida mərasiminə görə 3 günlük tətil elan olunacaq.
“Tasnim”in xəbərinə görə, bunu Xameneinin vida və dəfn mərasimi ilə bağlı qurumun rəhbəri Sərdar Həsənzadə deyib.
Onun sözlərinə görə, Xamenei ilə vida mərasimi və cənazə namazı 4-5 iyul tarixlərində Tehranın Mosalla kompleksində təşkil olunacaq, 6 iyulda isə cənazə Quma yola salınacaq.
Bu üç gün ərzində Tehranda tətil elan ediləcək.
Qeyd edək ki, Nəcəf və Kərbəla şəhərlərində də vida mərasimi keçiriləcək, sabiq Ali Rəhbərin cənazəsi iyulun 8-də İraqa yola salınacaq.
Qum şəhərində vida mərasimindən sonra Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəddə torpağa tapşırılacaq.
Xatırladaq ki, Seyid Əli Xamenei 28 fevralda ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb. Daha sonra onun yerinə oğlu Müctəba Xamenei seçilib.
