Trampdan İran açıqlaması
İran gələcək illər ərzində nüvə obyektlərində yoxlamalara qeyd-şərtsiz razılıq verib.
GunAz.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.
GunAz.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.
“İran gələcək illər ərzində (əbədi olaraq!!!) ən yüksək səviyyəli nüvə yoxlamalarına tam və bütövlükdə razılıq verib. Onlar nüvə şəffaflığını təmin edəcəklər. Əgər onlar buna razı olmasaydılar, hər hansı bir danışıqdan söhbət gedə bilməzdi”, - o qeyd edib.
ABŞ lideri qeyd edib ki, o, İranın bu və digər böyük güzəştlərini nəzərə alaraq, Hörmüz boğazının açıq qalmasını qərara alıb və əlavə dəniz blokadasına ehtiyac görmür.
“Hörmüz boğazının açıq qalmasına icazə verdim, əlavə dəniz blokadasıan ehtiyac olmayacaq. Lakin lazım gələrsə, blokadanı bərpa etmək üçün gəmilərimiz hazır vəziyyətdə yerində qalır”, - Tramp bildirib.
Digər tərəfdən, Ağ Ev rəhbəri İranın dondurulmamış aktivlərinin yalnız ABŞ-dən kənd təsərrüfatı məhsulları və dərmanların alınması üçün istifadə olunacağını bildirib.
