Rusiya Ermənistana xəbərdarlıq etdi

Rusiya Ermənistana xəbərdarlıq etdi
“Moskva Ermənistanla bağlı vəziyyəti (Avropa İttifaqına inteqrasiyanı – red.) Rusiyanın iştirak etdiyi inteqrasiya birliklərinə hücum cəhdi kimi qiymətləndirir”.
GunAz.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
“Biz qaydalara əsaslanan nizamın tərəfdarları tərəfindən ölkəmizin birbaşa iştirak etdiyi inteqrasiya birliklərinə (Avrasiya İqtisadi Birliyi və KTMT – red.) qarşı davamlı hücum cəhdləri görürük. Onlar əsrlər boyu yanaşı yaşamış və həmişə bir-birinə kömək etmiş xalqların tarixinin və coğrafiyasının yenidən nəzərdən keçirilə biləcəyi barədə illüziya xarakterli ideya irəli sürürlər”, - Uşakov bildirib.
скачать dle 12.1
Geri qayıt