Qaz zavodu alova büründü: Yaralanan və itkin düşənlər var

Qaz zavodu alova büründü: Yaralanan və itkin düşənlər var
Qətərin Ras-Laffan sənaye zonasında yerləşən mayeləşdirilmiş təbii qaz (LNG) istehsalı müəssisəsində partlayış baş verib.
GunAz.az xəbər verir ki, bu barədə Qətərin Daxili İşlər Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, partlayışa texniki nasazlıq səbəb olub. Hadisə nəticəsində xəsarət alan olmayıb və insanların təhlükəsizliyinə təhdid yaradan hər hansı sızma qeydə alınmayıb.
Nazirlik bildirib ki, hazırda hadisə yerində mülki müdafiə qüvvələri fəaliyyət göstərir. Şahidlərin sözlərinə görə, partlayışdan sonra ərazidə yanğın başlayıb.
Qaz emalı zavodunda baş verən partlayış nəticəsində azı 54 nəfər xəsarət alıb, daha 18 nəfər isə itkin düşmüş hesab olunur.Daxili Təhlükəsizlik Qüvvələrinin “Ləxviyə” axtarış-xilasetmə qrupu və mülki müdafiə əməkdaşları 18 itkin düşmüş şəxsin axtarışını davam etdirir”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Ras-Laffan Qətərin şimal sahillərində yerləşən və dünyada ən böyük mayeləşdirilmiş təbii qaz istehsal mərkəzi hesab olunan sənaye klasteridir.
Kompleks dövlətə məxsus "QatarEnergy" şirkətinin idarəçiliyindədir.
скачать dle 12.1
Geri qayıt