Avstraliyadan Ukraynaya 70 milyon dollarlıq silah tədarükü

Avstraliyadan  Ukraynaya 70 milyon dollarlıq silah tədarükü
Avstraliya Ukraynanın silah və sursat tədarükünü dəstəkləmək məqsədilə əlavə 100 milyon Avstraliya dolları (təxminən 70 milyon ABŞ dolları) ayıracaq.
GunAz.az xəbər verir ki, bu barədə Avstraliyanın baş nazir müavini və müdafiə naziri Riçard Marlz məlumat verib.
Hökumətin yaydığı açıqlamaya görə, vəsait NATO-nun dəstəyi ilə yaradılmış Prioritised Ukraine Requirements List (PURL) mexanizmi vasitəsilə Ukrayna üçün kritik əhəmiyyət daşıyan hərbi avadanlıqların alınmasına yönəldiləcək.
Riçard Marlz bildirib ki, növbəti 12 ay ərzində Avstraliya daha iki dəfə 50 milyon Avstraliya dolları həcmində maliyyə dəstəyi ayıracaq. Bununla da Kanberranın Ukraynaya ümumi yardımı 1,8 milyard Avstraliya dollarını (təxminən 1,26 milyard ABŞ dolları) ötəcək.
Avstraliya hökumətinin məlumatına görə, ayrılan vəsait hava hücumundan müdafiə sistemləri, sursat və Ukrayna ordusunun ehtiyac duyduğu digər silahların alınmasına sərf oluna bilər.
Kanberra 2025-ci ilin dekabrında PURL mexanizmi çərçivəsində ilk dəfə 50 milyon Avstraliya dolları ayırdığını elan etmiş və bu proqrama qoşulan ilk NATO üzvü olmayan ölkələrdən biri olmuşdu.
Bununla yanaşı, Avstraliya hərbçiləri Norveçin rəhbərliyi altında Polşada həyata keçirilən "Kudu" əməliyyatı çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin hazırlığını davam etdirirlər.
Avstraliya 2022-ci ilin martından etibarən Ukraynaya Bushmaster zirehli transportyorları, M777 haubitsaları, M113 zirehli maşınları, tank əleyhinə silahlar və pilotsuz uçuş aparatları daxil olmaqla müxtəlif hərbi yardım göstərir.
скачать dle 12.1
Geri qayıt