NATO-dan Moskvaya xəbərdarlıq

NATO-dan Moskvaya xəbərdarlıq
Rusiya hazırda dövlət büdcəsinin 48%-ni və ya vergi gəlirlərinin 75%-ni müdafiə sahəsinə xərcləyir və bu göstəricilərə ciddi yanaşmaq lazımdır.
GunAz.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib.
“Bunlar dəhşətli rəqəmlərdir. Buna görə də biz Rusiyaya münasibətdə sadəlövh ola bilmərik”, – deyə o bildirib.
Eyni zamanda, Rutte qeyd edib ki, Rusiyanın ÜDM-si Belçika və Niderland kimi orta ölçülü Avropa ölkələrinin ümumi ÜDM-sni belə üstələmir:
“Buna görə də onlar bilirlər ki, bizi məğlub edə bilməzlər. Və biz əlimizdən gələni edəcəyik ki, onlar başa düşsünlər: buna cəhd etmələri onların ən böyük səhvi olacaq”.
O, mümkün təhlükə fonunda müttəfiq ölkələrin müdafiə xərclərini və hərbi potensialını artırmasının vacibliyini vurğulayıb:
“Müxtəlif Avropa kəşfiyyat xidmətlərinin açıq qiymətləndirmələri göstərir ki, Rusiya 2029-cu ilə qədər hazır və kifayət qədər güclü ola bilər. Buna görə də biz elə bu gündən daha güclü olmağımızı təmin etməliyik ki, Rusiya başa düşsün: buna cəhd etmək belə yaxşı fikir deyil”.
скачать dle 12.1
Geri qayıt