Bələdçinin hekayəsi faciə ilə bitdi

Bələdçinin hekayəsi faciə ilə bitdi
Cənubi Afrika Respublikasında safari turu zamanı 69 yaşlı Kanada vətəndaşı bələdçinin təsadüfən açdığı atəş nəticəsində həlak olub.
GunAz.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat dərc edib.
Məlumata görə, təqaüdçü qadın ölkənin ən böyük qoruğu olan "Kryuger" Milli Parkına həyat yoldaşı və iki övladı ilə birgə gedib. Gün ərzində vəhşi heyvanları müşahidə edən qrup, günbatımında piknik etmək üçün fasilə verib.
Nəşrin bildirdiyinə görə, bələdçi vaxtilə bir kəli necə vurduğu barədə hekayəni danışarkən qəfildən silahından atəş açılıb və güllə qadının sinəsinə dəyib. Nəticədə ahıl turist aldığı ağır xəsarətdən dünyasını dəyişib.
скачать dle 12.1
Geri qayıt