Trampın dedikləri Avropa İttifaqı və Ukraynanı ümidləndirdi
“ABŞ Prezidenti Donald Tramp G7-nin Fransada keçirilən sammitində Rusiyanın Ukraynaya qarşı müharibəyə son qoymalı olduğunu bildirib. Amerika liderinin bu mövqeyi müttəfiqlərin gələcək addımları ilə bağlı nikbinliyə əsas verir”.
GunAz.az xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts deyib.
“Bizə nikbinlik üçün əsas verən şey Prezident Trampın Rusiyanın bu müharibəni dayandırmalı olduğu barədə sözləridir. Düşünürəm ki, bu, açıq siqnaldır. Rusiya bu müharibəni dayandırmalıdır”, - kansler vurğulayıb.
Mertsin sözlərinə görə, sammit iştirakçıları Trampla Ukrayna ilə bağlı gələcək addımları və Rusiyaya qarşı mümkün yeni sanksiyaları ətraflı müzakirə ediblər:
“Onunla bu barədə, eləcə də mümkün əlavə sanksiyalar da daxil olmaqla, növbəti addımlar barədə ətraflı danışdıq. Avropa İttifaqının yaxın günlərdə nə edəcəyini izah etdik. Onun əməkdaşlıqda maraqlı olduğunu, həmçinin çox diqqətlə dinlədiyini də gördüm”.
Almaniya Kansleri ümid etdiyini bildirib ki, ABŞ və Avropa müharibəyə son qoymaq üçün birgə işləməyə davam edəcəklər.
