G7-dən tarixi bəyanat

G7-dən tarixi bəyanat
Fransada keçirilən illik sammitdə G7 ölkələrinin liderləri qlobal ticarətdə strateji əhəmiyyət kəsb edən Hörmüz boğazından birtərəfli asılılığın azaldılması barədə öhdəlik götürüblər.
GunAz.az xəbər verir ki, bu barədə "Reuters" sammitin yekun bəyanatına istinadla məlumat yayıb.
Liderlər məhdudiyyətsiz və rüsumsuz sərbəst tranzitin beynəlxalq ticarətin təməli olduğunu bir daha təsdiqləyiblər.
Bəyanatda Livan böhranına da toxunulub. G7 ölkələri burada dərhal atəşkəs elan olunmasına tam dəstək ifadə ediblər. Livan rəhbərliyinin ölkədə sabitliyi təmin etmək məqsədilə "Hizbullah" Hərəkatının tərksilah edilməsi istiqamətində apardığı səylərə də dəstək bildirilib.
скачать dle 12.1
Geri qayıt