Diplomsuz doktor: Hollivud ulduzu fəxri ad aldı

Diplomsuz doktor: Hollivud ulduzu fəxri ad aldı
ABŞ-nin məşhur aktrisası Sara Cessika Parkerə Şimal-Qərb Universiteti (Northwestern University) tərəfindən incəsənət üzrə fəxri doktor elmi dərəcəsi təqdim edilib.
GunAz.az xəbər verir ki, bu barədə Nbcchicago.com saytı məlumat yayıb.
Qurumdan bildirilib ki, aktrisanın heç vaxt ali təhsil almamasından asılı olmayaraq, bu mükafat ona humanitar elmlərə və incəsənətə göstərdiyi uzunmüddətli dəstəyə görə verilib.
Çikaqo şəhərində keçirilən mərasimdə mükafatı qəbul edən Parker məzunlar qarşısında motivasiyaedici nitq söyləyib. Çıxışın ana xəttini "Bəs əgər?" sualı ətrafında qurulmuş fikirlər təşkil edib. Aktrisa qeyd edib ki, bu fənd aktyor sənətində obrazın gələcəyini canlandırmaq tələb olunduqda tez-tez tətbiq edilir.
O, gəncləri öz unikallıqlarını qoruyub saxlamağa və şəraitin onların həyat yolunu həll etməsinə icazə verməməyə səsləyib. Parker etiraf edib ki, fəaliyyəti boyunca ona xarici görünüşü, iş üslubu və yaradıcı seçimləri ilə bağlı dəfələrlə dəyişiklik etmək tövsiyə edilsə də, əksər vaxtlarda kənar məsləhətlərə kor-koranə tabe olmaqdan çəkinib. Onun fikrincə, verilən məsləhətləri eşitmək önəmlidir, lakin son qərarı vermək hüququ fərdin özündə qalmalıdır. Aktrisa qeyd edib ki, ən böyük nailiyyətlər adətən qorxu və tərəddüdlərlə başlayır.
скачать dle 12.1
Geri qayıt