Vaşinqtonun Ukrayna planı: Tramp nəyi eyham etdi?
İranla münaqişə həll olunduqdan sonra Vaşinqton Ukrayna böhranının nizamlanmasına diqqət ayıracaq.
GunAz.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.
“İndi bu məsələ bitdiyinə görə Ukraynaya fokuslanacağıq. Görək bunu edə biləcəyikmi”, - deyə Tramp bildirib.
