Rusiyadan İrana uçuşlara qadağa qoyuldu
2026-cı il iyunun 14-dən 24-dək Rusiyayaya məxsus təyyarələrin Rusiyanın hava limanlarından İranın hava limanlarına uçuşlarına qadağa qoyulacaq.
GunAz.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviatsiya) məlumat yayıb.
Bu qadağa Moskva vaxtı ilə saat 23:00-dan 11:00-dək olan müddəti əhatə edəcək.
Rosaviatsiyanın rəsmi bəyanatında vurğulanır ki, Moskva vaxtı ilə saat 11:01-dən 22:59-dək olan digər vaxtlarda İrana uçuşların həyata keçirilməsi ilə bağlı qərar kompleks risk qiymətləndirilməsi əsasında qəbul edilməlidir. Eyni zamanda, bu prosesdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tövsiyələrinin nəzərə alınması zəruridir.
Qəbul edilən bu qərar bir çox vətəndaşın uçuş cədvəlinə və turizm planlarına təsir göstərə bilər, buna görə də aviaşirkətlər və sərnişinlər hakimiyyət orqanlarından gələn yenilikləri və tövsiyələri diqqətlə izləməyə çağırılır.
