"Uzbekistan Airways" Rusiyaya uçuşların sayını azaldır
"Uzbekistan Airways" aviaşirkəti Rusiyanın şəhərlərinə uçuşların sayını azaldır.
Bu barədə GunAz.az aviaşirkətin mətbuat xidmətinə istinadən xəbər verir.
Aviadaşıyıcının məlumatında qeyd olunub ki, bu qərar aviasiya yanacağının çatışmazlığı və bahalaşması səbəbindən qəbul edilib.
"Ləğv edilmiş reyslərin sərnişinləri aviabiletləri ödənişsiz əsasda yenidən bron edə və ya tam dəyərini geri ala bilərlər", - aviaşirkətdən bildiriblər.
