Ermənistan Rusiya qazına alternativ axtarır: Siyahıda Azərbaycan da var

Ermənistan Rusiya qazına alternativ axtarır: Siyahıda Azərbaycan da var
Rusiya qazının tədarükündə problem yaranacağı və ya qiymətin artacağı təqdirdə, Ermənistan alternativ qaz mənbələri axtara bilər.
GunAz.az xəbər verir ki, bu barədə “Armenia Today” Ermənistanın İctimai Xidmətləri Tənzimləmə Komissiyasının sədri Mesrop Mesropyana istinadən məlumat yayıb.
“Belə bir vəziyyət yaranarsa, təbii olaraq digər bazarlar və resurslar axtarılacaq. Alternativlər qonşu ölkələrdə — Azərbaycan, Türkmənistan, İran və qaz satan, eləcə də infrastrukturu onun tədarükünə imkan verən bütün dövlətlərdə mövcuddur”, — komissiya rəhbəri brifinqdə bildirib.
Onun sözlərinə görə, Ermənistan hələlik Rusiya qazının qiymətinin artırılması ilə bağlı rəsmi bildiriş almayıb.
скачать dle 12.1
Geri qayıt