Putindən təbrik gözləyirəm - Paşinyan
Ermənistanın Baş naziri Nikol Paşinyan “Vətəndaş Müqaviləsi” partiyasının parlament seçkilərində qələbə qazanması münasibətilə Rusiya prezidentindən təbrik gözlədiyini bildirib.
GunAz.az xəbər verir ki, Paşinyan jurnalistlərə açıqlamasında Vladimir Putinin hələ onu təbrik etmədiyini, lakin bunun baş tutacağına ümid etdiyini deyib.
Qeyd edək ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Hakim "Vətəndaş müqaviləsi" partiyası 49,83 % səs toplayıb ki, bu da ona yeni hökuməti müstəqil şəkildə formalaşdırmağa imkan verir.
