Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Moskvada məsləhətləşmələrdən sonra İrəvana qayıdıb və vəzifəsini davam etdirir.
GunAz.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən TASS-a bildirilib.
Nazirliyin məlumatına görə, İərvana qayıtdıqdan sonra diplomatın ilk tədbiri Rusiya Günü münasibətilə qəbul olacaq.
Xatırladaq ki, mayın sonunda Kopırkin Ermənistan rəhbərliyinin Avropa İttifaqı ilə yaxınlaşma istiqamətində atdığı addımlarla bağlı məsləhətləşmələr aparmaq üçün Moskvaya getmişdi.
