Tramp İrana yeni zərbələri ELAN ETDİ

Tramp İrana yeni zərbələri ELAN ETDİ
"ABŞ yaxın saatlarda İrana qarşı yeni və sərt zərbələr endirməyi planlaşdırır".
GunAz.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
"Biz dünən onlara ağır zərbələr endirdik. Bu gün də yenidən sərt şəkildə zərbə vuracağıq", - deyə ABŞ prezidenti bildirib.
Onun sözlərinə görə, bu qərar İran qüvvələrinin ABŞ-yə məxsus helikopteri vurması ilə əlaqədardır.
"Mən hesab edirəm ki, bizim buna haqqımız var", - deyə Tramp əlavə edib.
Qeyd edək ki, daha əvvəl ABŞ tərəfi AH-64 "Apache" helikopterinin Hörmüz boğazı üzərində vurulduğu açıqlaması. Hadisə ilə bağlı tərəflərin səsləndirdiyi versiyalar bir-birindən fərqlənir.
скачать dle 12.1
Geri qayıt