Rubio Paşinyanı təbrik etdi
ABŞ Dövlət Katibi Marko Rubio Ermənistanın Baş naziri Nikol Paşinyanı partiyasının parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik etdi və İrəvanın "sülh gündəliyinə" dəstəyini bir daha təsdiqləyib.
GunAz.az xəbər verir ki, müvafiq bəyanat ABŞ Dövlət Departamenti tərəfindən yayılıb.
Rubio açıqlamasında bildirib:
“Baş nazir Nikol Paşinyanı partiyasının qələbəsi münasibətilə təbrik edirəm. Amerika Birləşmiş Ştatları sülh naminə Baş nazir və Ermənistanın yanındadır".
Dövlət katibi qeyd edib ki, Vaşinqton TRIPP layihəsinin (Zəngəzur dəhlizi) həyata keçirilməsi də daxil olmaqla, "tarixi Vaşinqton Sülh Sammitinin" məqsədlərini irəli aparmağa sadiqdir.
Rubio bildirib ki, ABŞ Cənubi Qafqazda və onun hüdudlarından kənarda sülh, sabitlik və rifahın təmin edilməsi üçün Ermənistan hakimiyyəti ilə əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyir.
Ermənistanda parlament seçkiləri iyunun 7-də keçirilib. İlkin nəticələrə görə, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülkü Müqavilə” Partiyası seçkilərdə qalib gəlib.
