Ermənistan AB-yə qoşulsa nələri itirəcək?

Ermənistan AB-yə qoşulsa nələri itirəcək?
Ermənistan Avropa Birliyinə (AB) qoşulacağı təqdirdə itkilərlə üzləşəcək.
GunAz.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "İzvestiya" qəzetinə verdiyi müsahibədə deyib.
O qeyd edib ki, İrəvanın mallar, xidmətlər, kapital və işçi qüvvəsi üçün geniş bazara çıxışı var, lakin AB-yə qoşularsa, onu itirəcək:
"Və müvafiq olaraq, ölkə həm əsas ixrac bazarlarını, həm də əmək miqrasiyası bazarlarını itirəcək. Başqa sözlə, itkilər Ermənistanın ÜDM-də böyük rəqəmlərlə ifadə olunacaq".
скачать dle 12.1
Geri qayıt