Powerbank təyyarədə panikaya səbəb oldu: sərnişinlər təxliyə edildi

Powerbank təyyarədə panikaya səbəb oldu: sərnişinlər təxliyə edildi
Ankara-İzmir istiqamətində uçuş həyata keçirməyə hazırlaşan təyyarədə sərnişinlərdən birinə məxsus powerbankdan tüstü çıxması səbəbindən təhlükəsizlik tədbirləri görülüb.
GunAz.az xəbər verir ki, hadisə qalxışdan əvvəl baş verib. Kabin heyəti vəziyyətə operativ müdaxilə edib, təhlükəsizlik prosedurlarına uyğun olaraq sərnişinlər təyyarədən endirilib.
Təyyarə zəruri yoxlamaların aparılması məqsədilə gözləməyə alınıb.
Hadisə ilə bağlı araşdırma başladıldığı, sərnişinlərin təhlükəsiz şəkildə təxliyə edildiyi bildirilib.
скачать dle 12.1
Geri qayıt