Kiyevdə poçt terminalında partlayış: ölən var
İyunun 5-i səhər saatlarında Kiyevin Obolon rayonunda yerləşən poçt operatorunun çeşidləmə mərkəzində partlayış baş verib.
GunAz.az xəbər verir ki, bu barədə "RBK-Ukraine" məlumat yayıb.
İlkin məlumata görə, partlayış bağlamalardan birinə baxış keçirilərkən baş verib.
Hadisə zamanı 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
