Trampın şəkli olan əsginas nə zaman buraxılacaq?

Trampın şəkli olan əsginas nə zaman buraxılacaq?
ABŞ Konqresi təsdiqləməyəcəyi təqdirdə, Vaşinqton rəhbərliyi Prezident Donald Trampın təsviri olan 250 dollarlıq əsginasın dövriyyəyə buraxılması üçün israr etməyəcək.
GunAz.az xəbər verir ki, bu bəyanatla ABŞ-nin maliyyə naziri Skott Bessent çıxış edib.
Müvafiq qanun layihəsinin Konqres tərəfindən qəbul edilməməsi halında administrasiyanın bu niyyətdən geri çəkilib-çəkilməyəcəyi barədə suala nazir "əlbəttə" cavabını verib. O, ABŞ Konqresi Senatının maliyyə komitəsində keçirilən dinləmələrdə qanunlara tam riayət edəcəklərini vurğulayıb.
Hələ may ayının sonlarında Skott Bessent rəhbərlik etdiyi qurumun sözügedən əsginasın dizaynı üzərində işlədiyini təsdiqləyib. O zaman nazir bildirib ki, belə bir pul nişanının dövriyyəyə daxil olunması üçün qanunvericilikdə dəyişikliklər zəruridir. Nazirin sözlərinə görə, mövcud qaydalara əsasən, Amerika valyutasının üzərində həyatda olan heç bir şəxsin rəsmi yerləşdirilə bilməz. Lakin o, ABŞ Konqresinin Nümayəndələr Palatasında bu məhdudiyyəti aradan qaldıracaq yeni qanun layihəsinin müzakirə edildiyini də diqqətə çatdırıb.
Qeyd edək ki, "The Washington Post" nəşri ABŞ Maliyyə Nazirliyinin fəaliyyətdə olan dövlət başçısının portretini daşıyan 250 dollarlıq əsginasın yaradılması təşəbbüsü ilə çıxış etdiyini yazmışdı. Əgər bu layihə reallaşarsa, Donald Tramp son 150 il ərzində sağlığında şəkli dollar əsginasına həkk olunan ilk şəxs kimi yadda qalacaq.
скачать dle 12.1
Geri qayıt