Qara dənizin Türkiyə sahillərində dron hücumu

Qara dənizin Türkiyə sahillərində  dron hücumu
Qara dənizdə, Türkiyənin şimal sahilləri yaxınlığında üç tankerə dron hücumu olub.
GunAz.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi "Tribeca"ya istinadən məlumat yayıb.
Agentlik bildirib ki, Palau bayrağı altında üzən və ballast vəziyyətində olan "James II" tankeri hadisə baş verən zaman Qara dənizdə Türkeli bölgəsindən təxminən 50 mil (80 km) şimalda olub. Sierra Leone bayrağı altında üzən və ballast vəziyyətində olan "Altura" və "Velora" tankerlərinin isə yaxınlıqdakı ərazidə gəmidən-gəmiyə əməliyyatı həyata keçirərkən hücuma məruz qaldığı bildirilir.
Agentlik həmçinin qeyd edib ki, yardım üçün hadisə yerinə sahil təhlükəsizlik qayıqları göndərilib və tankerlərdəki bütün ekipaj üzvlərinin vəziyyətinin yaxşı olduğu açıqlanıb.
скачать dle 12.1
Geri qayıt