Rusiya ilə aramızda mübahisəli məsələ... - Tokayev
Qazaxıstanla Rusiya arasında mübahisəli heç bir məsələ yoxdur.
GunAz.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.
“Qazaxıstan üçün Rusiya ilə yaxın və dostluq əlaqələri çox vacibdir. Rusiya və Qazaxıstan çoxlu ortaq cəhətləri olan dost və qardaşdırlar”, - Tokayev bildirib.
