Tramp Belarusa sanksiyaların müddətini uzatdı
ABŞ Prezidenti Donald Tramp Belarus rəhbərliyinə qarşı sanksiyaların müddətini bir il müddətinə uzadıb.
GunAz.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“ABŞ prezidenti hesab edir ki, 2006-cı ildə Belarus rəhbərliyinə qarşı sanksiyaların tətbiq edilməsinin səbəbləri qüvvədə qalır”, - deyə bildirilib.
