Tim Sihi:"iran rejimi imzaladığı bütün müqavilələri pozacaq"

Tim Sihi:"iran rejimi imzaladığı bütün müqavilələri pozacaq"
“İranın nüvə silahı hazırlamasına imkan verilməməlidir”.
GunAz.az xəbər verir ki, bunu ABŞ Senatının respublikaçı üzvü Tim Şihi “Fox News”a deyib.
“İran rejimi imzaladığı istənilən müqaviləni pozacaq, buna görə də onun nüvə proqramı bu tip silahların istehsalını fiziki olaraq qeyri-mümkün edəcək şəkildə məhdudlaşdırılmalıdır”, - senator vurğulayıb.
Tim Şihi Tehranın maliyyə mənbələrinin, proksi qruplarının və Hörmüz boğazında təhlükə yaradan vasitələrinin də zərərsizləşdirilməli olduğunu da qeyd edib.
скачать dle 12.1
Geri qayıt