Türkiyədə hantavirus həyəcanı

Türkiyədə hantavirus həyəcanı
Argentinadan Kabo-Verdeyə gedən və hantavirusa yoluxmanın aşkarlandığı "MV Hondius" kruiz gəmisindən təxliyə edilən üç Türkiyə vətəndaşı gecə saatlarında İstanbula gətirilib.
Bu barədə GunAz.az "A Haber"ə istinadən xəbər verir.
Məlumata görə, Türkiyə Səhiyyə Nazirliyinin diqqətlə apardığı əməliyyat nəticəsində ölkəyə daxil olan vətəndaşlar ciddi nəzarət altında olmaq şərti ilə evlərində karantinə alınıblar.
Qeyd edilir ki, bu şəxslərdə hazırda heç bir simptom müşahidə olunmur. Lakin ehtiyat tədbiri olaraq, gəmidə xəstə insanlarla təmasda olmaları və ya yoluxmuş qidaları qəbul etmələri ehtimalına qarşı karantində saxlanılacaqlar.
скачать dle 12.1
Geri qayıt