Paşinyandan Qars-Gümrü dəmir yolu ilə bağlı AÇIQLAMA: “Texniki problemlər var”

Paşinyandan Qars-Gümrü dəmir yolu ilə bağlı AÇIQLAMA: “Texniki problemlər var”
Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə ilə sərhəddə yerləşən Qars-Gümrü dəmir yolunun bərpası prosesindən danışıb. 
GunAz.az xəbər verir ki,"Armenpress"in yaydığı məlumata görə, Nikol Paşinyan bu gün  keçirdiyi brifinqdə infrastrukturun yenidən qurulması üzrə işlərin davam etdiyini, lakin konkret tarixlərdən danışmağın hələ tez olduğunu bildirib.
Paşinyan qeyd edib ki, hazırda sahə üzrə mütəxəssislər tərəfindən ciddi texniki qiymətləndirmə işləri aparılır:
“Biz bu istiqamətdə fəal işləyirik. Lakin son tarixlər barədə heç nə deyə bilmərəm, çünki bir çox texniki məsələlər və araşdırmalar var. İş prosesində müəyyən problemlər üzə çıxır. Ehtiyacları tam qiymətləndirdikdən sonra əsaslı işə başlamalıyıq”.
Xatırladaq ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması çərçivəsində aprelin 28-də Qarsda Gümrü-Qars dəmir yolunun bərpası və istismarı üzrə birgə işçi qrupunun iclası keçirilib. Görüşdə tərəflər regionda nəqliyyat kommunikasiyalarının genişləndirilməsi kontekstində bu xəttin tezliklə istifadəyə verilməsinin vacibliyini xüsusi vurğulayıblar.
Ekspertlər hesab edir ki, bu yolun açılması regionda illərdir davam edən nəqliyyat blokadasının aradan qaldırılmasında mühüm addımlardan biri ola bilər.

скачать dle 12.1
Geri qayıt