Ukraynada gecə hücumları nəticəsində 4 nəfər ölüb, çoxlu sayda yaralılar var

Ukraynada gecə hücumları nəticəsində 4 nəfər ölüb, çoxlu sayda yaralılar var
Rusiya qüvvələri gecə boyu Ukraynanın Dnepr və digər şəhərlərinə kütləvi hücum edib.
GunAz.az-ın məlumatına görə, hazırda 4 nəfərin öldüyü, 30 nəfərin yaralandığı bildirilir. Yaşayış binasına edilən zərbə yerində xilasetmə əməliyyatları davam edir və dağıntılar altında hələ də insanların qala biləcəyi ehtimal olunur.
Dnepr ilə yanaşı, Çerniqov, Odessa və Xarkov vilayətlərində də zərərçəkənlər var. Hücumlar zamanı zərbə dronları, qanadlı raketlər və çoxlu sayda ballistik silahdan istifadə olunub. Hədəflərin əksəriyyəti şəhərlərdə mülki infrastruktur olub – yaşayış binaları, enerji obyektləri və müəssisələr zərər görüb.
скачать dle 12.1
Geri qayıt