Rusiya nefti üçün "güzəştli dövr" başa çatdı: ABŞ-dən sərt qərar

Rusiya nefti üçün "güzəştli dövr" başa çatdı: ABŞ-dən sərt qərar
ABŞ Maliyyə naziri Skott Bessent bildirib ki, Vaşinqton Rusiya nefti ilə bağlı tətbiq olunan müvəqqəti sanksiya güzəştlərini uzatmağı planlaşdırmır.
GunAz.az xəbər verir ki, bu haqda O, Associated Press agentliyinə müsahibəsində məlumat verib.
Skott Bessent qeyd edib ki, artıq dənizdə olan və əvvəlki icazə çərçivəsində daşınan neft həcmi demək olar ki, tükənib və yeni güzəşt üçün əsas yoxdur.
Nazir əlavə edib ki, İranla bağlı da oxşar addım gözlənilmir. Onun sözlərinə görə, ABŞ İrana qarşı sərt xətti davam etdirir və bu ölkədən neft ixracı faktiki olaraq bloklanıb.
скачать dle 12.1
Geri qayıt