İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərini vurdu

İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərini vurdu
Aprelin 23-ü axşam saatlarında İsrailin şimalına edilən raket hücumuna cavab olaraq İsrail ordusu (SAXAL) Livanın cənubunda yerləşən "Hizbullah"ın iki bölgədəki hərbi obyektlərinə zərbələr endirib.
GunAz.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Qurumun bəyanatına əsasən, Livanın cənubundakı Xirbət-Sələm və Tulin bölgələrində "Hizbullah"a məxsus hərbi obyektlər hədəf alınıb.
скачать dle 12.1
Geri qayıt