Hörmüz boğazından ilk sərnişin gəmisi keçdi
"Celestyal Discovery" kruiz layneri marşrutunu dəyişərək, Xasab limanına planlaşdırılan giriş əvəzinə Hörmüz boğazını keçib.
GunAz.az TASS-a istinadən xəbər verir ki, bu, Yaxın Şərqdə münaqişənin kəskinləşməsindən sonra boğazdan keçən ilk sərnişin gəmisi olub.
Gəmi Bakı vaxtı ilə saat 18:55-də boğazı keçib. Saat 19:30-da layner cənub istiqamətində hərəkətini davam etdirib. Marşrut sənədlərində təyinat limanı kimi artıq Maskat limanı göstərilib.
