Pekin İrana hərbi yardım xəbərlərini təkzib etdi
Rəsmi Pekin Çinin İrana hərbi yardım göstərməsi ilə bağlı ünvanına səsləndirilən ittihamlara münasibət bildirib.
GunAz.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Lin Jian “X”-də yazıb ki, mediada Pekinin İrana hərbi dəstək göstərdiyinə dair yayılan xəbərlər tamamilə uydurmadır.
O, eyni zamanda, Pekinin Vaşinqtonun addımlarına qarşı cavab tədbirləri görə biləcəyi barədə xəbərdarlıq edib: “Əgər ABŞ bu ittihamlara əsaslanaraq Çinə qarşı tarifləri artırsa, Çin buna əks tədbirlərlə cavab verəcək”.
