İran və ABŞ arasında danışıqlar yekunlaşdı
İran və ABŞ nümayəndə heyətləri ekspert səviyyəsində birbaşa danışıqları yekunlaşdırıblar.
GunAz.az xəbər verir ki, bu barədə "Farhikhtegan" məlumat yayıb.
Məlumata görə, tərəflər hazırda müzakirə olunan məsələlərlə bağlı yazılı protokolların mübadiləsini aparırlar.
