Ukraynanın dron zərbələri Rusiyaya bir həftədə külli miqdarda zərər vurub

Ukraynanın dron zərbələri Rusiyaya bir həftədə külli miqdarda zərər vurub
Ukraynanın dron zərbələri Rusiyaya bir həftədə 1 milyard dollar zərər vurub.
GunAz.az xəbər verir ki,bu barədə “Financial Times” məlumat yayıb.
Ukrayna pilotsuz uçuş aparatlarının Baltik dənizində yerləşən əsas neft terminallarına endirdiyi zərbələr nəticəsində baş verən yanğınlar və infrastrukturun müvəqqəti dayanması Rusiyaya bir həftədə təxminən 1 milyard dollar zərər vurub.
Məlumata görə, dron zərbələri nəticəsində Rusiyanın neft ixracı 40 faiz azalıb (gündə təxminən 2,3 milyon barel). Nəticədə, cəmi yeddi gün ərzində ölkəyə təxminən 1 milyard dollar həcmində zərər dəyib.
скачать dle 12.1
Geri qayıt