ABŞ İran ərazisindəki pilotunun axtarışlarına elit hərbi dəstələri cəlb edib.
ABŞ İran üzərində vurulan "F-15E" qırıcı təyyarəsinin ikinci heyət üzvünün xilasetmə əməliyyatına elit hərbi xüsusi təyinatlı qüvvələrini cəlb edib.GunAz.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Bildirilib ki, prosesdə yüzlərlə hərbi və kəşfiyyat işçisi, o cümlədən "Delta Force" və "Navy Seals" üzvləri iştirak edib.
Xatırladaq ki, ikinəfərlik "F-15E" qırıcısı aprelin 3-də İranın hava məkanında vurulub. "Axios" portalının məlumatına əsasən, katapult etdikdən sonra hər iki heyət üzvü - pilot və şturman-operatorla uğurla əlaqəyə girə bilib. Portalın mənbələri bildirib ki, təyyarənin qəzaya uğramasından bir neçə saat sonra pilot xilas edilib. Axtarış-xilasetmə tədbirləri zamanı İran tərəfi əməliyyatda iştirak edən ABŞ-yə məxsus "Black Hawk" helikopterlərindən birini də vurub - heyət üzvləri yaralansalar da, vertolyot ərazidən uzaqlaşa bilib.
