Paşinyan Moskvaya gedir
Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 1-də Rusiya Federasiyasına işgüzar səfərə gedəcək.GunAz.az Armenpress-ə istinadla xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Səfər çərçivəsində Baş nazir Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.