Kriptobirjada eniş: "Bitcoin"in qiyməti 71 min dollardan aşağı enib
Son 24 saat ərzində kriptovalyuta bazarında əsas aktivlərdə eniş müşahidə olunub.
GunAz.Az xəbər verir ki, "Bitcoin" 4,58% ucuzlaşaraq 70 839 dollara, "Ethereum" 5,73% ucuzlaşaraq 2 195 dollara enib.
Eyni zamanda, qızılla təmin olunan tokenlərdə də azalma qeydə alınıb. "PAX Gold"un qiyməti 2,83% azalaraq 4 840 dollar, "Tether Gold"un qiyməti isə 2,59% azalaraq 4 828 dollar olub. "Bittensor"un qiyməti 6,28% azalaraq 261,90 dollar təşkil edib. CoinMarketCap 20 Index DTF-in qiyməti isə 4,43% azalaraq 146,50 dollar olub.
Qeyd edək ki, bazarda müşahidə olunan eniş riskdən qaçış davranışı, makroiqtisadi təzyiqlər, investorların mənfəət realizasiyası və altkoin bazarındakı ümumi zəifliklə izah olunur.
