“Prezident təcili sizi görmək istəyir” cümləsi aləmi necə qatdı
ABŞ-nin maliyyə naziri Skott Bessentin televiziya müsahibəsi "prezident sizi dərhal görmək istəyir" deyildikdən sonra qəfil kəsilib.GunAz.az xəbər verir ki, məmur bir neçə dəqiqəlik studiyanı tərk edib. Qayıdandan sonra müşahidəçilər onun səsinin nəzərəçarpacaq dərəcədə titrədiyini sezib və bu, maliyyə treyderləri və analitiklərinin diqqətini cəlb edib.
Vəziyyət ABŞ-da ticarətin açılmasından bir neçə saat əvvəl bazarlarda narahatlıq doğurub. Əvvəlki gün ABŞ fond bazarları daha aşağı qiymətlərlə bağlanıb və bu da investorların əsəbiliyini artırıb.Bir neçə analitik artıq hadisəni "ABŞ tarixində ən bahalı titrək səs" adlandırıb və qeyri-müəyyənliyin bazarlara təzyiqi artıra biləcəyini irəli sürüb. Onlar həftənin son iş günündə ABŞ-ın əsas fond indekslərində kəskin eniş riskinin olduğunu təxmin edirlər.
