Torpaq sürüşməsində ölənlərin sayı artdı
İndoneziyanın Qərbi Bandunq əyalətində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 85-ə çatıb. Axtarış-xilasetmə əməliyyatları 12 gündür davam edir.
Gunaz.Az "Kompas TV"yə istinadən xəbər verir ki, Bandunqda 10 nəfər itkin düşüb, 70 nəfər isə həlak olub. Bununla da qeyri-rəsmi məlumatlarla birgə ölənlərin ümumi sayının 85-ə çatdığı qeyd edilib.
Yanvarın 24-də baş verən torpaq sürüşməsi kənddə onlarla evi dağıdıb. Yeni torpaq sürüşməsi riski səbəbindən 100 metr radiusda yaşayan sakinlər təxliyə ediliblər.