Təbii fəlakət nəticəsində 35 nəfər öldü
Yaponiyada yanvarın 20-dən bəri davam edən şiddətli qar ölkədə həyatı iflic edib.
Gunaz.Az Yaponiya Yanğın və Fəlakətlərin İdarə Olunması Agentliyinin (FDMA) son hesabatına istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 35-ə, yaralıların sayı isə 358-ə çatıb.
Məlumata görə, ən çox ölüm Niigata prefekturasında (12 nəfər) qeydə alınıb.
Xəsarət alan 358 nəfərdən 126-nın vəziyyətinin ağır olduğu bildirilir. Ölümlərin əksəriyyətinin damlarda toplanan qarı təmizləyərkən yıxılma nəticəsində baş verdiyi qeyd edilir.
Ölkənin bir çox yerində qar örtüyünün hündürlüyü 2 metri keçib. Xüsusilə Aomori prefekturasının bəzi kəndlərində qar qalınlığı rekord həddə - 4.5 metrə çataraq həyatı tamamilə iflic edib.